Milli Məclisdə Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib

Milli Məclisdə Azərbaycanın Xalq artisti Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda teatr sahəsində dava-dalaş səngimir:

“Görün, sənət cameəmiz nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu ölkəyə dəvət etmək lazımdır. Mən çox arzulayardım ki, müvafiq qurumlar onunla danışıb yenidən ölkəyə dəvət etsinlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə