YAP Sədrinin müavini Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib. Bu barədə SİA-ya YAP-dan məlumat verilib.
Qeyd edilib ki, səfərin məqsədi Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirakdır.
Səfərdə YAP-ın Aparat rəhbəri ilə bərabər, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da iştirak edəcək.
Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB