Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. SİA-nın əldə etdiyi xəbərə görə, Ceyhun Bayramov Antalya Diplomatiya Forumuna qatılacaq.

Beynəlxalq tədbirə Azərbaycan Milli Məclisinin bir sıra üzvləri də qatılacaqlar.

Qeyd edək ki, forum aprelin 11-13-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə