İlham Əliyev ADA forumunda Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxunub

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub. SİA-nın məlumatına görə, “Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, - deyən dövlət başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib.

Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.

https://www.facebook.com/share/v/1Xw548hNuD/

https://x.com/presidentaz/status/1909834452617867586

https://youtube.com/live/_hiILgSEBv0?feature=share

Bütün xəbərlər Facebook səhifəmizdə