Ceyhun Bayramov BƏƏ XİN rəhbəri ilə regionda sülh səylərini müzakirə edib - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Ceyhun Bayramov sosial media hesabında paylaşım edib.

Nazir görüş zamanı iki ölkə arasında geniş spektrli sahələr üzrə mövcud olan ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi perspektivlərinin müzakirə olunduğunu bildirib.

“Münasibətlərimiz möhkəm siyasi dialoqa təkan verən və iqtisadiyyat, ticarət, investisiyalar, eləcə də enerji təhlükəsizliyi kimi əsas sektorlarda mənalı əməkdaşlığa imkan verən ümumi dəyərlərə müştərək öhdəliyə söykənir.

Biz həmçinin münaqişədən sonra yenidənqurma, minalardan təmizləmə təşəbbüsləri və regionda davam edən sülh səylərinə xüsusi diqqət yetirməklə regional məsələlərə toxunduq”, – nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə