QH Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb - FOTO
Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə aprelin 7-də parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan ilə görüş keçirilib. Milli Məclisdən SİA-ya bildirilib ki, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb.
Sənədi Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan imzalayıblar.
Sənədin əhəmiyyətindən danışan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Memorandum Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə