Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı rolunu yüksək qiymətləndirir - SƏFİR
Böyük Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı rolunu yüksək qiymətləndirir. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"də yazıb.
O bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının XI və Yaşıl Enerji Məşvərət Şurasının III Nazirlər görüşü enerji müzakirələri üçün mühüm platformadır:
"Böyük Britaniya bu çətin zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı rolunu qiymətləndirir və birgə işləməyi səbirsizliklə gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə