Rəcəb Tayyib Ərdoğan: "Türkiyə Fələstinə dəstəyini bundan sonra da davam etdirəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin dövlət başçısı Mahmud Abbasla telefonda danışıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Fələstində yaranmış vəziyyətlə yanaşı, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan həmçinin Qəzzada humanitar böhranın dərinləşdiyini və fələstinlilərin birlikdə bu çətinliyin öhdəsindən gələ biləcəklərini vurğulayıb.

Türkiyə Prezidenti ölkəsinin bundan sonra da Fələstinin səsini hər platformada eşitdirmək üçün səy göstərəcəyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə