Qadınlar bu ölkədə də orduya cəlb olunacaq

Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən qadınları orduya cəlb etməyə başlayacaq.

SİA xəbər verir ki, bu barədə Danimarka Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mişel Hildqord bildirib.

"Danimarka Silahlı Qüvvələrinin səfərbər edə biləcəyimiz bütün döyüş gücünə ehtiyacı var. Bunun üçün biz cəmiyyətin bütün təbəqələrindən olan insanları orduya cəlb etməliyik.

Cinsindən asılı olmayaraq, müxtəliflik problemlərin həllini gücləndirir və daha güclü müdafiələr yaradır. İlkin plan 2027-ci ilin əvvəlindən qadınların işə götürülməsinə başlamaq idi, lakin ilk çağırışçılar 2026-cı ildə xidmətə başlayacaq”,- deyə o qeyd edib.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen də bildirib ki, ölkənin silahlı qüvvələri müdafiə və təhlükəsizlik siyasətlərində mövcud vəziyyət çərçivəsində daha çox insanı orduya cəlb etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə