İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə Sadiq aprelin 10-da Bakıya gələcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İranın ölkəmizdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində onun sözügedən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə