Zelenski: Biz BMT-ni təhlükəsizlik zəmanətlərinə alternativ kimi görmürük

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi danışıqlar aparmaq üçün Çexiya prezidenti Petr Pavel ilə görüşüb. SİA Haber Global-a istinadən xəbər verir ki, Pavel və Zelenski ikitərəfli görüşlərindən sonra birgə mətbuat konfransı keçiriblər.

Zelenski bildirib ki, ABŞ və Ukrayna nümayəndə heyətləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı müvəqqəti atəşkəsin həyata keçirilməsi məsələsini danışmaq üçün martın 24-də görüşəcəklər. Zelenski qeyd edib ki, danışıqlarda Ukraynanın müdafiə naziri Rüstəm Umerov da iştirak edəcək. O əlavə edib ki, Ukrayna nümayəndə heyətinə texniki məsələlər barədə danışa biləcək rəsmi şəxslər daxil olacaq.

Zelenski qeyd edib ki, biz BMT-ni hərbi müdaxiləyə və ya təhlükəsizlik zəmanətlərinə alternativ kimi görmürük: "BMT nümayəndələri və Baş katiblə məntiqli, dərrakəli əlaqələrimiz var. Lakin BMT təhlükəsizlik zəmanətlərinə alternativ ola bilməz".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə