"Dünyanın cavab verə bilmədiyi suallara Azərbaycan cavab verir" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Səməd Seyidovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Artıq geridə qoyduğumuz növbəti XII Qlobal Bakı Forumu keçirildi. Cənab Prezident İlham Əliyev də nitqində bir çox mesajlar verdi. Bu forum bizə və dünyaya hansı mesajları ötürdü? Əhəmiyyəti nədən ibarət oldu?

- Bakı Qlobal Forum sözün əsl mənasında artıq qlobal məsələləri müzakirə edir. Ona görə ki, Azərbaycan artıq qlobal səviyyədədir. Biz axı tamamilə başqa bir ölkəyik. Torpaqlarımızı işğaldan azad etmiş, suverenliyinimizi bərpa etmiş, sülh gündəliyini regiona gətirmişik. Heç də təsadüfi deyil ki forum gedə-getdə artıq xəbər gəldi ki, Azərbaycanın təklif etdiyi sülh müddəaları tam şəkildə Ermənistan tərəfindən qəbul olunub. Ona görə ki başqa bir yol ola bilməz. Azərbaycanın müəyyən etdiyi xətt, reallıq heç kim tərəfindən dəyişdirilə bilməz. Ona görə budəfəki forum Azərbaycanın möhtəşəmliyini, Azərbaycanın dünyada rolunu və ən əsası dünyanın cavab verə bilmədiyi suallara Azərbaycan cavab verir. Dünya axı alov içərisindədir, dünya düzənini dəyişir beynəlxalq münasibətlər dəyişir, dağıdılır. Ona görə də bu forum öz-özlüyündə böyük bir əks-səda yaratdı. Çünki söz əməllə üst-üstə düşdü.

Bugünkü dünyanın ən böyük problemlərindən biri ondan ibarətdir ki söz əməllə üst-üstə düşmür, nəinki üst-üstə düşmür, bir-birilərinə ziddiyyət təşkil edir. Biz görürük, məsələn, Avropa bir şey edir, başqa şey eləyir, qonşuluqda Ermənistan başqa şey eləyir, başqa şeyə əməl edir. Dünyada beynəlxalq münasibətlər ona görə kriz içərisindədir ki, bir şey haqqında danışırlar başqa şeyləri tamamilə həyata keçirirlər. Bunun adı ikili standartlardır. Azərbaycan dürüst, açıq bir siyasət apardığı nəticəsində tamamilə bir fərqli mənzərəni yaratdı.

- Hansı məsələlər qaldı ki, o məsələlər indinin özündə də öz həllini tapmayıb. Yəni qaranlıq olaraq qalır?

- Çox məsələlər var. Axı illər boyu biz beynəlxalq qanunun aliliyi haqqında danışırdıq. Beynəlxalq qanunun aliliyini istəyirdik. 30 il ərzində biz həmin o beynəlxalq qanunun bu regionda tətbiq olunması ilə bağlı fəaliyyət göstərirdik və bu faktiki Birləşmiş Millətlər Təşkilatının qətnamələrindən başlamış bir məsələdir. Bundan öncə qətnamələr 1993-cü ildə qəbul olunubsa, 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılmışdır. Minsk Qrupu əslində məntiqlə o sənədləri götürüb regionda ədaləti, yəni beynəlxalq hüququ bərpa etmək istiqamətində fəaliyyət göstərməli idi. Ancaq Minsk Qrupu həmin o sənədləri kənara qoydu və dedi ki beynəlxalq qanun məni maraqlandırmır, mənim öz gündəliyim var, mənim 3 öz həmsədrim var. Mən özüm oturacam, özüm fikirkəşəcəm hansı məsələni gündəmə gətirəcəm. 30 il ərzində getdilər-gəldilər, gəldilər-getdilər, oturdular söhbət etdilər. Ancaq nəticədə heç bir şey əldə olunmadı və Azərbaycan sonra məsələni özü həll etdi.

- Ümumiyyətlə Azərbaycan Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi İrəvanın mövqeyi nəyə əsaslanır?

- Revanşizm. Bəlkə qaytardılar, bəlkə nəsə dəyişdi, bəlkə dünyada nəsə baş verdi. Axı, cənab Prezident dəfələrlə bu haqda deyib və elə həmin forumda çox düzgün qeyd etdi ki, biz inanmırıq, bizə sənəd lazımdır.

İndi Qarabağ Azərbaycandır biz bunu sübut etdik, Paşinyan yox. Biz Azərbaycan xalqı, Azərbaycan Prezidenti, Azərbaycan əsgəri öz canı, qanı ilə şəhidlik zirvəsinə yüksəlməsi ilə bunu sübut etdi. İndi Paşinyan biz dediyimizi deyir. Ancaq kim qarantiya verə bilər ki, bu hansısa bir dövr dəyişəndən sonra yenə dəyişməyəcək. Ona görə də Minsk Qrupundan yapışmaq birbaşa bunun işarəsidir. Minsk Qrupunun Azərbaycanla bir yerdə ləğvi haqqında müraciətdən imtina etmək faktiki buna əsaslanmaqdır. Minsk Qrupunun ləğvi mütləq olmalıdır.

- Ermənistan sülhə, yoxsa müharibəyə sürüklənir?

- Ermənistan müstəqil bir dövlət deyil və Fransa da çox gözəl başa düşür ki, bu kimi Ermənistandan istifadə etməmək fürsəti əldən qaçırmaq deməkdir. Yəni dediyini yerinə yetirib Fransanın hansısa bir məsələsinə qarşı çıxmır, regionda Fransanın mövqeyini müdafiə edir, Fransa nə deyirsə Ermənistan onu yerinə yetirir. Niyə imtina etsin? Ancaq Ermənistana görə yox, Fransa regionda öz nüfuzunu saxlamaq və regionda çaxnaşma yaratmaq üçün burada müdaxilələr təşkil edir. Bunun tamamilə başqa maraqları var. Fransa diplomatiyasında bir qanun var: İngilis harda varsa, mən orada olmalıyam.

- Bu yaxınlarda ABŞ-da 47-ci prezident yenidən Donald Tramp hakimiyyətə gəldi və bu mənada Ermənistanın da müəyyən ümidləri var idi. Donald Trampın ölkəsinə və dünyaya verəcəyi vədlər nədir?

- Bu sualı iki yerə bölək. Amerika Ermənistan münasibətləri və ümumiyyətlə Amerikanın dünyaya verəcəyi mesajları. Bugün Amerikanın hakimiyyətdə olan qüvvələri elə-belə hakimiyyətə gəlməyib, sadəcə seçkiləri udub hakimiyyətdə öz siyasətini aparır. Bu belə deyil. Amerikada olan hakimiyyət dünyada ikili standartlar, dünyada qərb sivilizasiyasının siyasətinin iflasa uğraması, ölkələrlə normal münasibətlərin təşkil edə bilməməsi, demokratik dəyərlərdən istifadə edib müstəmləkə siyasətini həyata keçirməsi və ümumiyyətlə qərb sivilizasiyasının başqa ölkələrə, başqa qitələrə mənfi təsiri əsasında ABŞ-ın özünün iflasa uğraması nəticəsində bu hakimiyyətə gəlib. Ona görə ki, Tramp ilk öncə proseslərə Ermənistandan başlamalıdır, amma ilk olaraq Amerikanın özündən başladı.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə