Xarici qonaqların Qlobal Forum haqqında düşüncələri NƏLƏRDİR? - SORĞU

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirib. SİA bu forumda iştirak edən xarici qonaqların fikirlərini öyrənib.

Security Officer to Obasanja, Maurice Babale: “Bu Qlobal forumda iştirak etməkdən çox şadam. Bu krizlərin, problemlərin aradan qaldırılmasında sülhü həll yolu kimi görürəm. Sülh bizim üçün mütləq bir amildir. Bununla yanaşı Qlobal Forumu olduqca bəyəndim. Həmçinin biz dünyaya bir dəfdə gəlirik. Bu həyətı yaşayırıq, daha sonra ölürük. Yəni hər şeydən doyunca zövq almalıyıq”.

Co-Chair NGIC, Vice President of World Bank 1992-2000, Ismail Serageldin: "Qlobal Forum olduqca yaxşı keçir. Burada 400-dən çox qonaq var. Bu qonaqların arasaında keçmiş dövlət başçıları, hal-hazırda olan dövlət başçıları yer alır. Həmçinin hər kəs canlı şəkildə öz fikirlərini bildirə bilirlər. Yəni onlayn yaxud digər variantda görüş olmadı. Bu forumda sadəcə salamlamaq yox, həmçinin geniş nitqə də yer ayrıldı. Bura gələn qonaqların hər biri dünyada baş verən məsələlərə toxundular. Bununla yanaşı dünya da bir çox dəyişikliklər olur. Bunu Donald Trampın çıxışında da hiss etmək olur. Ümumi görünüşə baxsaq dünya da çox təlatümlü hadisələr baş verir. Bu baxımdan forumda bir çox qızğın söhbətlər gedir".

Chair, SDSN Block Sea, Aristotle University of Thessolanik, Nikolaos Theodosiou: "Bu Qlobal Forumda 6-cı ilimdiki iştirak edirəm. Foruma hər il gəldikdə, ilbəil inkişafa yaxından şahidlik edirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığına öz təşəkkürümü bildirirəm. Bu forum əlbətdə ki, rəsmi bir tədbirdir. Lakin bununla yanaşı bu forum insanlarla müzakirə aparmaq üçün yaxşı fürsətdir. Yəni insanlarla sadəcə formal rəsmi görüşlərdə yox, eyni zamanda onlarla kofe içən zaman yaxud yemək saatında söhbət etmək olur. Mənim fikrimə uyöun fikirli insanlarla həmsöhbət olmaq mənim üçün çox xoşdur".

Changyang Institute for Financial Stradies, Wang Wen: "Bu Qlobal Forumda artıq üçüncü ilimdir ki, iştirak edirəm. Çindən ekspert olaraq gəlmişəm. Bu Qlobal Forum mənim fikrimcə, çox yüksək səviyyədə inkişaf edir. hətta öz işimə uyğun sahədə bir çox irəliləyiş görürəm. Həmçinin bu forum beynəlxalq müstəvidə mühüm əhəmiyyətə malikdir. Mən əminəm ki, bu kimi tədbirlər sayəsində beynəlxalq əlaqələr get-gedə inkişaf edəcək".

Executive Director and Founder, Reinventing Bretton Woods Committee, Marc Uzan: "Mənim ilk ilimdir ki, Bakıda keçirilən Qlobal Forumda iştirak edirəm. Bu forum olduqca inklüziv keçir. Mən burada olan bütün fikirlərə açığam. Eyni zamanda mənim kimi burada olan hər kəs istənilən fikirə açıqdır. Hər kəs öz fikrini müdafiə edə bilir. Buna görə burada olan hamını təbrik edirəm. Qlobal Forumda olan abu-hava çox yaxşıdır".

Co-Founder and Chairman, PVBLIC Foundation, Sergio Fernandez de Cardova: "Qlobal Forumda ilk dəfədir ki, iştirak edirəm. Bu regionda olduqca inkişaf etmiş imkanlar vardır. Bura gələndə daha ciddi və rəsmi atmosfer gözləyirdim. Lakin elə olmadı. Forumda həm özəl, həm dövlət, eyni zamanda bir çox iqtisadi tərəfdən görüşlərim oldu. Bunlarla yanaşı həm rəsmi, həm də səmimi atmosferin balanslı olmasını təqdirəlayiq hesab edirəm. Eyni zamanda Qlobal Forumda yeni dünya düzəni haqqında bir çox əhəmiyyətli danışıqlar gedir. Mən bu danışıqları yüksək qiymətləndirirəm".

Deputy Director of the State Law Department-Ministry of Justice of the Respublic of Latvia, Marts Eduards Ivaskis: "Mən gənc səfirəm. Qlobal Forumu olduqca bəyəndim. Həmçinin Forumda gedən müzkirələr, maraqlı söhbətlər diqqətimi olduqca çəkdi. Bununla yanaşı gənc səfir olaraq bunları öyrənməyim çox yaxşı bir haldır. Qlobal Forum olduqca yaxşı bir platformadır. Bu forum mənim gözləntilərim çox üstələdi, hər şey çox yaxşıdır. Ümid edirəm ki, son günlərdə bu şəkildə davam edər. Bütün təşkilatçılıqdan, qısaca hər şeydən çox razıyam".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə