İspaniya XİN Azərbaycan və Ermənistan arasında razılaşmanın əldə olunmasına dəstəyini ifadə edib

İspaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə razılaşmanın əldə olunması barədə bəyanatları alqışlayır. Bu Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq istiqamətində mühüm addımdır. SİA xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirib.

"İspaniya ümid edir ki, bu, iki ölkə arasında yekun sazişin imzalanmasına gətirib çıxaracaq", - bəyanatda qeyd edilib.

İspaniya XİN Cənubi Qafqazda sabitliyə və sülhə sadiqliyini bir daha təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə