Ötən il “e-reyestr” sisteminə 920 tarix-mədəniyyət abidəsi daxil edilib

2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən “e-reyestr” sisteminə 920 tarix və mədəniyyət abidəsi barədə məlumat daxil edilib. SİA xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, bununla da sistemdə ümumilikdə 3,2 min abidə barədə məlumat toplanıb.

Abidə barədə GPS koordinatları, tarixi məlumatları, təsviri, dəqiq ölçü planlarını və digər məlumatları özündə əks etdirən 50-dən çox daşınmaz abidənin pasportlaşdırlması işləri, habelə beynəlxalq koordinat sistemi ilə işlənmiş abidələrin mühafizə zonaları üzrə 150-dən çox layihənin hazırlanması istiqamətində işlər həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə