"Bolqarıstan hər zaman çoxtərəfliliyi dəstəkləyib" - Bolqarıstanın XİN rəhbəri

Bu gün "Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi" adlı keçirilən XII Qlobal Forumda Bolqarıstan xarici işlər naziri Georq Georgiyev çıxış edib. SİA xəbər verir ki, Georq Georgiyev qeyd edib ki, bu gün çox sürətli proseslər gedir: "Eyni zamanda siyasi müstəvidə ayrı-seçkilik var. Hal-hazırda isə ən təcili çağırışlar münaqişələrdir. Bu münaqişələr qlobal düzənə, təhsilə və sülhə olan çağırışların qarşısını alır. Bolqarıstan hər zaman çoxtərəfliliyi dəstəkləyib. Eyni zamanda biz hər zaman davamlı əlaqələri dəstəkləyirik".

Onun sözlərinə görə, hal-hazırda bütün dünyada dəyişikliklər gedir: "Bolqarıstan hər zaman ümumi dəyərlərə və prinsiplərə dəstəkçi çıxıb. İnsan hüquqlara hörmətlə yanaşma, əlaqələrə dəyərlə yanaşmaq bizim, yəni avropalılar üçün inkişaf yoludur. BMT-də də insan hüquqlarına və sülh əlaqələrinə dəstək çıxmaq qeyd edilib. Əlbəttəki tərəfdaşlığa əsaslanaraq qeyd etmək istəyirəm ki, biz dünyada daim sülh əlaqələrinin olmasını istəyirik. Avropa İttifaqı aparıcı qüvvə olaraq enerji şaxələndirilməsində əsas rol oynayır. Beynəlxalq münasibətlərdə bizim üzərimizə mühüm rol düşür. Biz dialoq qurmalıyıq ki, bu dialoqlar da xalqlar və insanlar arasında olmalıdır".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə