Ermənistanın son 3 ildə ATƏT çərçivəsində həyata keçirilən hərbi məlumatların mübadiləsi mexanizmlərində iştirakdan və inspeksiyalardan boyun qaçırıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, mina fəaliyyətinin müzakirə olunduğu beynəlxalq tədbirlərdə Ermənistan tərəfindən Azərbaycan ərazilərində 1,5 milyon minanın basdırılması, münaqişə bitdikdən sonra belə bu fəaliyyətin davam etdirilməsi faktları diqqətə çatdırılıb.
“Həmçinin məsələnin humanitar problem olduğunu və miqyasını nəzərə alaraq beynəlxalq yardımın vacibliyi vurğulanıb. İştirakçı dövlətlər Ermənistanın davranışlarının regionda sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törətməsi barədə məlumatlandırılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə