Azərbaycan ATƏT-in vahid büdcəsindən pul ayrılmasının əleyhinə olub

Azərbaycan 2024-cü ildə ATƏT-in vahid büdcəsi üzrə müzakirələrdə Minsk Prosesinə aid ATƏT təsisatlarının proqram fəaliyyətlərinə vahid büdcədən vəsait ayrılmasının əleyhinə olub. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, buna səbəb Minsk Prosesinə aid ATƏT təsisatlarının (Minsk Qrupu, şəxsi nümayəndə A.Kaspşik və Yüksək Səviyyəli Planlaşdırma Qrupu) program fəaliyyətləri ilə bağlı konsensusun olmaması olub.

Diqqətə çatdırılıb ki, il ərzində ATƏT-in strukturlarında aparılan müzakirələr izlənmiş, Azərbaycan üçün əsas əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən postmünaqişə dövrü ilə əlaqədar ATƏT-in icraçı strukturlarının Azərbaycanın maraqlarına uyğun olmayan fəaliyyətinin neytrallaşdırılması üçün müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə