2024-cü ildə Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda 38 ölkə ilə 201 sənəd imzalayıb. SİA xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Məlumata görə, 2024-cü ildə 25 ölkənin (Avstraliya, Yaponiya, Banqladeş, İsrail, Səudiyyə Ərəbistanı, Almaniya, Belçika, Estoniya, İtaliya, İsveçrə, İspaniya, Litva, Montenegro. Polşa, Rumıniya, Serbiya, Slovakiya, Xorvatiya, Yunanıstan, Braziliya, Venesuela, Özbəkistan, Tacikistan, Rusiya, Gürcüstan) Xarici İşlər nazirlikləri ilə siyasi məsləhətləşmələr keçirilib.
Eyni zamanda, bir neçə ölkə ilə (Keniya, Angola ve Qvineya-Bisau) Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumları imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə