Qlobal güclər arasında parçalanmanın dərinləşməsi çoxqütblülüyü zəiflədir - NAZİR
Beynəlxalq münasibətlər sistemi başqa bir mərhələdən keçir. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov martın 13-də XII Qlobal Bakı Forumunda çıxışında deyib.
Nazir qeyd edib ki, hazırda əsas qlobal güclər arasında parçalanma dərinləşir.
“Bunun nəticəsində çoxqütblülük zəifləyir. Bu gün beynəlxlq təsisatların məhz bu prosesə təsiri vacibdir. Onların buna səy göstərdiyini görürük. Rusiya, ABŞ, Çin və digər güclərin hər birinin öz gündəliyi var. Əslində, çoxqütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın yenidən təyin edilməsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə