Rusiya-ABŞ-dan daha çox Çin-ABŞ rəqabətini görəcəyik - Çavuşoğlu

“ABŞ yeni qaydalar yaradır və təlqin edir. Rusiyanın öz bölgəsində fəaliyyəti Aİ-nin təhlükəsizliyinə təsir edir”. SİA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” mövzusunda paneldə Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, beynəlxalq sistem tamamilə pozulmayıb: “İkinci Dünya müharibəsindən sonrakı düzən tam başa çatmayıb. Biz etiraf etməliyik ki, yaşadığımız dövr artıq dəyişir. Türkiyə olaraq, biz düşünürük ki, biz Rusiya-ABŞ-dan daha çox Çin-ABŞ rəqabətini görəcəyik. Parçalanmış dünyada yeni güclər ortaya çıxıb. Yeni güclər çalışır ki, yeni qlobal düzəni dəyişsinlər. Bu məsələlər Qərb tərəfindən başa düşülməlidir. Qlobal Cənub meydana çıxıb, amma onlar Qlobal Qərbi təhdid edə bilməz”.

Çavuşoğlu qeyd edib ki, Qərb heç bir müharibənin, münaqişənin qarşısını ala bilməyib: “Bizdən əvvəlki sistem hələlik tam dağılmayıb. Amma biz hamının iştirak etdiyi yeni sistemi ortaya çıxarmalıyıq. Biz yeni dünyada münasibətləri dəyişməliyik. Münasibətlər rəqabətəsaslı olmamalıdır”.
Çavuşğlu qeyd edib ki, bütün böhranlar Türkiyənin siyasi sabitliyinə, iqtisadiyyatına təsir edir: “Buna görə də Türkiyənin qlobal sistemdə aktivliyi başadüşüləndir”.

Bütün xəbərlər Facebook səhifəmizdə