Aİ-nin Ermənistanı regional müstəvidən qoparmağa çalışdığını görürük - HİKMƏT HACIYEV
İstərdik ki, Avropa İttifaqının (Aİ) bizim regiona qarşı yeni siyasətini görək. Aİ-nin Cənubi Qafqazda siyasəti bir ölkə ilə yekunlaşmamalıdır. SİA xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Aİ-nin Ermənistanı silahlandırması, onu regional müstəvidən qoparmağa çalışdığını görürlər: “Amma biz çalışacağıq ki, Aİ-nin siyasəti regional səviyyədə olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə