Çoxtərəflilik zəruri islahatlar sayəsində XXI əsrin çağırışlarına uyğunlaşdırılmalıdır - BMT RƏSMİSİ

Çoxtərəflilik zəruri islahatlar sayəsində XXI əsrin çağırışlarına uyğunlaşdırılmalıdır. SİA xəbər verir ki, bu barədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya XII Qlobal Bakı Forumunun açılış mərasimində danışıb.

O qeyd edib ki, müasir dövrdə qlobal idarəçilik çağırışlara cavab verməlidir:

“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 120 ölkədə insanlara yardım göstərib. Ümmiyyətlə, BMT strukturları öz sahələri üzrə dünyada mühüm işlər həyata keçirir.

Ancaq müasir dövrdə qlobal idarəçilik elə bir şəkildə qurulmalıdır ki, çağırışlara cavab versin. Qlobal münasibətlər dərinləşməlidir. Dayanıqlı inkiaf, qlobal idarəçiliyin transformasiyası kimi sahələrdə iş aparılacaq”.

"100 milyonlarla insan öz doğma yurdlarından didərgin düşüb. Bununla bağlı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çalışır. 2033-cü ilə qədər olan hədəflərimizin müəyyən hissəsi icra olunmamış qalır. Bu isə milyonlarla dolları tələf edir.

BMT mövcud böhranlar fonunda öz humanitar yardımlarını davam etdirir. Milyonlarla insanlara yardımlar göstərilib. Lakin BMT-nin 2033-cü ilə qədər olan hədəflərinin müəyyən hissəsi icra edilməyib", - o bildirib.

T.Valovaya vurğulayıb ki, dünya düzəninə təsir göstərən məsələlər daha çox müzakirə olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə