Qlobal Bakı Forumu aktual problemlərin həlli yollarının axtarışına kömək edəcək - Silyonovska-Davkova
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyonovska-Davkova Qlobal Bakı Forumunun təkcə dialoq üçün mühüm platforma deyil, həm də aktual qlobal problemlərin həlli yollarını tapmaq üçün səmərəli vasitə olacağına əminliyini ifadə edib. SİA xəbər verir ki, o, bunu XII Qlobal Bakı Forumunun açılışında bildirib.
"Əminəm ki, burada aparılan müzakirələr təkcə ideya mübadiləsinə deyil, həm də sülh, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsinə yönəlmiş konkret qərarların qəbul edilməsinə töhfə verəcək", - prezident qeyd edib.
Xatırladaq ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert qatılıb. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə