“Şimali Makedoniya ilə bizim çox yüksək səviyyəli əməkdaşlığımız var” - MÜNASİBƏT BİLDİRİLDİ

“Şimali Makedoniya ilə bizim çox yüksək səviyyəli əməkdaşlığımız var. Dövlətlərimiz arasında çox sağlam münasibətlər formalaşıb, bu illər ərzində baş verib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

Fazil Mustafa sözlərinə belə davam edib: “Dəfələrlə Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib və maraqlı müzakirələr olub. Eyni zamanda, Azərbaycanda qaz nəqlinin Makedoniya üzərindən həyata keçirilməsi məsələsi də kifayət qədər bu iqtisadi əlaqələrin inkişafını artırıb. Şimali Makedoniya bölgədə əhəmiyyətli dövlətlərdən biridir. Baxmayaraq ki, müəyyən dərəcədə keçmiş Yuqoslaviya ölkələri içində geniş imkanlara və maddi sərvətlərə malik ölkə kimi tanınmır. Amma siyasi çəkisi kifayət qədər yüksəkdir. Cənab İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşdə bunları xüsusi vurğuladı. Şimali Makedoniya Prezidenti kifayət qədər yüksək beynəlxalq təşkilatlara rəhbərlik eləmiş bir şəxs kimi Azərbaycana hər zaman onun haqlı davasında dəstək verib.

Biz bunları ona görə söyləyirik ki, keçmişdə Azərbaycana yönəlik atılan addımları bu kimi fəaliyyətlərdə Azərbaycan həmişə yüksək qiymətləndiribdir. Bütövlükdə Şimali Makedoniyanın bu bölgədə rolunun və marağının artması bizi də sevindirir. Bu istiqamətdə fəaliyyətimizi biz daha çox bundan sonra əməkdaşlıq formatının bütün istiqamətlərində gücləndirəcəyik. Çünki bu, bizim həm Avropada həmişə müəyyən güvənə biləcəyimiz partnyorlardan biridir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə