Böyük bir həsrətə son qoyuldu - SİYASİ PARTİYA RƏHBƏRLƏRİ - SORĞU

Bu gün ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya yola düşüblər. SİA mövzu ilə bağlı səfərdə iştirak edən partiya sədrlərinin fikirlərini öyrənib.

Azad Vətən Partiyasının sədri Akif Nağı: “Səfər çox vacibdir. Bu, hərtərəfli və müsbət dəyərləndirilməlidir. Bildiyiniz kimi, bir neçə gün əvvəl partiyaların iştirakı ilə böyük dəyirmi masa keçirildi. Yeni siyasi situasiyada, suverenlik və ərazi bütövlüyünün bərpa olunduğu bir şəraitdə siyasi dialoq məsələsi, siyasi proseslərin yeni mərhələsi, bununla bağlı müzakirələr getdi. Müsbət məzmunlu müzakirələr dəyərləndirildi və ümumi işlərin davamı kimi qiymətləndirilir bu proseslər. Bu tədbirlər Azərbaycanda sağlam siyasi mühitin formalaşmasına, siyasi dialoqun inkişafında həll edici rol oyanyır.

Hazırda biz gəldik, çatdıq Əsgərana. Burada söhbətlər olundu, məlumat verildi. Bölgə üzrə Prezidentin xüsusi nümayəndəsi Elçin Hüseynov məlumat verdi, onun köməkçiləri də həm qala divarları, həm də regionun ümumi vəziyyəti ilə bağlı ətraflı məlumat verdilər. Çox maraqlı məqamlar var. Burada hörmətli Ədalət Vəliyev də iştirak edir. Yəni, heyətin rəhbəri olaraq onun təşkilatçılığı ilə baş tutan bu səfər hər sahədə böyük əhəmiyyət daşıyır.

Bu, həm də böyük uğurdur ki, müxtəlif mövqedə dayanan partiyalar bu şəkildə bir araya gəlirlər. Azərbaycan siyasi proseslərinin inkişafı baxımından partiyaların əməkdaşlığı vacibdir. Eyni zamanda, belə səfərlər nəticəsində partiyalar arasında ünsiyyətin yaranması, canlı dialoqun qurulması üçün önəmli rol oynayır. Çünki insanlar çöldə, səfər zamanı daha yaxşı tanınırlar, xarakterlər daha aydın şəkildə üzə çıxır, insanlar bir-birinə daha çox yaxınlaşır və daha təbii münasibətlər formalaşır.

Bu səfər çərçivəsində həm bölgədə gedən proseslərlə, aparılan abadlıq işləri ilə bağlı məlumat alırıq, həm də partiyalar arasında ünsiyyətin qurulması baxımından vacib bir məsələlərdən biridir. Ona görə də böyük ehtimalla bu cür proseslər davam edəcək. Səfərimiz hələ davam edir, bundan sonra isə Suqovuşana gedəcəyik, daha sonra Xankəndidə olacağıq. Hər şey qaydasındadır və hər şey yaxşıdır”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Bugün Prezident Administrasiyasının siyasi pratiyaları və Qanunvericilik hakimiyyəti əlaqələr şöbəsinin bilavasitə təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən partiya rəhbərlərinin, politoloqların, ictimai siyasi xadimlərin Xocalıya, Xocavəndə və Xankəndiyə reallaşdırılıb. Bu bir neçə gün bundan əvvəl keçirilən elə administrasiyanın müvafiq şöbəsi tərəfindən düzənlənən tədbirdə deyildi və artıq bundan sonra reallaşdırılıb. Bundan əvvəlki dönəmlərdə də bu kimi səfərlər reallaşdırılmışdır. İşğal olunmuş ərazilərdən Ağdama, 2 dəfə Şuşaya, Zəngilana və digər bölgələrə səfərlər olmuşdur.

Biz əvvəlki səfərlərdə Azərbayanın dağıdılmış şəhərlərini, kəndlərini, qəsəbələrini, viran qalmış infrastruktur sahələrini, eləcə də sözün həqiqi mənasında yandırılmış torpaqlarımızı görüb, kifayət qədər pərişanləq hissi keçirirdik. Amma eyni zamanda qürurlanırdıq ki, torpaqlarımızı işğaldan azad etmişik və bu torpaqlara yenidən qayıda bildik. Əslində bugun də ikili hislər keçiririk, amma bilirik ki, bu torpaqları işğaldan azad etmişik. Xocalıya yenidən qayıtmışıq, Xocalı yenidən qurulmaqdadır! Xocalıda 1 saylı məktəbi gördük, onun yenidən inşa edilmiş həyətində futbol meydançası qurulub, məktəbli uşaqlar orada futbol oynayırdılar. Sözün həqiqi mənasında elə bu möhtəşəm görüntü idi. Çünki uşaqlar yenidən Xocalıya qayıdıb, onu yenidən qurub yaradacaqdırlar, dövlət hesabına və öz yaşayışları ilə bu torpaqları yenidən rövnəqləndirəcəkdirlər.

İnsanlarımız bu torpaqlara qayıtdıqca burada yeni canlanma baş verir. Xankəndidə, eləcə də başqa ərazilərdə möhtəşəm işlər görülməkdədir. Qarabağ universitetinə gəldik, burada 150 tələbə təhsil almaqdadır. Eyni zamanda burada məktəb binasında inşa edilmişdir ki, burada da 600 nəfər şagird təhsil alır. Bu ərazilər yenidən qurulur, yeni binalar tikilir və bura müəyyən iş adamları investisiya qurmaqdadır”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu: “Vətən torpaqlarımıza səfər etmək çox möhtəşəm idi. Bu bizim Əsgərana, Xocalıya, Xankəndiyə ilk səfərimiz idi. Qürurverici səfər idi, əlbəttə. Vətənin hər qarış torpağı bizim üçün müqəddəsdir. Bu torpaqlarda torpaqların işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərin ruhları yatır. Bu torpaqlar erməni şovnistləri tərəfindən işğal ediləndə əsir düşmüş, canlarını itirmiş insanların ruhları yatır. Belə torpaqları səyahət etmək həm duyğusaldır, həm də sevindiricidir.

Allah Cənab Prezidentin canını sağ etsin. Prezidentin iradəsi ilə, ordumuzun, vətənimizin mərd oğullarının əməliyyatları ilə torpaqlarımız azad edildi. Uzun çəkən həsrətdən sonra nəhayət ki torpaqlarımızı görə bildik, qayıtdıq. Bununla da böyük bir həsrətə son qoyuldu. Buna böyük bir qarşılaşma, qovuşma da demək olardı. Bu bizim müqəddəs torpaqlara sayca 5- ci səfərimizdir. Hər birində xatirə var”.

Ağ Partiyanın sədri Tural Abbaslı: “Səfər siyasi partiyalarla qanunvericilik hakimiyyətinin əlaqədar şöbəsinin təşkilatçılığı ilə keçirilir. Biz artıq bu şöbənin təşkilatçılığı ilə partiyalar olaraq 5- ci dəfə idi ki, Qarabağa səfər edirdik. Bu çox müsbət alındı, çünki qan töküb, həmrəylik göstərmək, iqtidar müxalifətin bu ərazilərə birgə səfər etməsi həm daxilə, həm də xaricə güclü mesajdır. Azərbaycanın müstəqilliyi uğrunda heç bir siyasi fikir ayrılığı, qütbləşmə ola bilməz. Çünki biz hər bir məsələdə bir yerdəyik!

Biz burada Əsgəran qalasına, Xankəndiyə, Xocalıya gəldik. Xoş təəssüratlar nədən ibarətdir? Məsələn biz Xocalını illərdir faciə kimi, insanların qətlə yetirilməsi, göz yaşı ilə anırıq. Məktəblər fəaliyyət göstərir. Məktəblərdə yenidənbərpa işləri görülür, məktəbli uşaqlar burada futbol oynayırdılar. Zamanında Xankəndidə Azərbaycana qarşı təhdidlər yağdırırdılar, hərbi paratlar keçirdirdilər, parlament binası keçirirdilər. Amma bugun hər bir yerdə Azərbaycan bayrağı dalğalanır. Partiyaların birgə səfəri, çiyin-çiyinə birgə görünmələri də önəmlidir”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: “Prezident Administrasiyanının siyasi partiyalar və qanunvericiliklə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi altında ölkədə fəaliyyət göstərən partiya rəhbərlərinin, politoloqların, ictimai siyasi xadimlərin, eyni zamanda media kapitanlarının Əsgərana, Xocalıya səfəri başa çatmışdır. Bu səfər bizdə böyük bir sevinc və xoş duyğular yaratdı. Həqiqətən də gördüklərimizdən böyük sevinc, qürur hissi duyduq. Əsgərandan Xankəndiyə kimi olan məsafə həqiqətən də tikinti meydançasına bənzəyirdi. İlk olaraq Əsgəran qalası ilə tanış olduq. Prezidentin Xankəndi üzrə səlahiyyətli nümayəndəsi Elçin Usubov Əsgəran qalası ətrafında onun durumu haqqında ətraflı məlumat verdi. Bəlli oldu ki, Prezidentin xüsusi tapşırığı əsasənda bərbad vəziyyətə salınmış bu Əsgəran qalası ən yüksək səviyyədə tarixi abidə kimi əbədiləşəcəkdir.

Daha sonra Xocalının Ballıca kəndində olduq. Ballıcanın abadlığı bizi heyran etdi. Bunu Prezidentin səfəri zamanı telekanallarda da izləmişdik. Ballıca Azərbaycanın ən dilbər guşələrindən birinə çevrilib və öz sakinlərini gözləməkdədir.

Qarabağ universitetinin rektoru bizə ətraflı məlumat verdi, hədəflər haqqında danışdı. Sonra Xankəndinə gələrək Elçin Usubov buradakı işlər barədə bizə məlumat verdi, xatirə şəkli çəkdirdik. Geriyə böyük təəssüratlarla qayıdırıq. İşğaldan azad olunan ərazilərimiz gözəl anlarını yaşayır. Burada çox yaxşı şərait qurulub. Bütün bunların arxasında Prezidentimizin siyasi iradəsi və xalqına məhəbbəti dayanır”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn: “Mən ilk dəfədir ki, Xankəndində olurdum. Səmimi şəkildə ifadə edim ki, çox unudulmaz hisslər yaşadıq. Çünki bir vaxtlar
bu hadisələrin baş verdiyi təhlükə, təhdid dövləti və xalqımız üçün biz düz Xankəndinin mərkəzində olduq. Universitet və məktəbləri gördük. Burada futbol oynayan uşaqları izlədik və bir daha dedik ki, şükür olsun, Allaha”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə