Ramid Namazovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyası çərçivəsində görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edib. Bu barədə SİA-ya NATO yanında Azərbaycan nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO Parlament Assambleyasının Baş katibi, həmçinin bir neçə komitənin rəhbərləri ilə görüşlər keçirib.
"Görüşlərdə Azərbaycan ilə NATO arasında parlamentlərarası formatda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə