Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, iki ölkə nümayəndələrinin iştirakı ilə “44 günlük Vətən müharibəsi və Lokal xarakterli antiterror əməliyyatları” mövzusunda ekspert görüşü keçirilib.
Vətən müharibəsi və antiterror əməliyyatları mövzusunda brifinqlər
Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə Serbiyadan olan nümayəndə heyətinə “Ərazi bütövlüyünə aparan yol - 44 günlük Vətən müharibəsi”, “Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda həyata keçirilən islahatlar”, “Müdafiə strategiyası” və “Suverenliyi bərpa etmək üçün antiterror tədbirləri” mövzularında brifinqlər təqdim olunub.
Hərbi əməkdaşlıq və maraq doğuran məsələlər üzrə fikir mübadiləsi
Ekspert görüşü zamanı hərbi əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Serbiya nümayəndə heyətinin Hərbi Hava Qüvvələrindəki səfəri
Səfər çərçivəsində qonaqlar Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olublar.
Qonaqların suallarının cavablandırılması
Burada təqdim olunan brifinqdə Serbiya nümayəndə heyətinə müasir standartlara uyğun avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş komanda məntəqəsinin tarixi, fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələri barədə məlumatlar verilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə