“Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması çox mühüm addımdır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Xocalı soyqırımı ermənilər tərəfindən törədilmiş bəşəriyyət adına utanc olan bir faciədir. 33 il öncə törədilən insanlıq əleyhinə bu dəhşətli cinayətə dünya birliyi hələ də tam hüquqi və siyasi qiymət verməyib. Bunun səbəbləri də sirr deyil”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.


Onun sözlərinə görə, Azərbaycan Prezidentinin usta siyasəti, sərkərdəliyi və Ordumuzun qüdrəti ilə bu gün Qarabağımız azaddır, suverenliyimiz tam bərpa olub: “Xocalıda da artıq həyat yenidən davam edir, azərbaycanlılar o müqəddəs yurda qayıdırlar.
Biz şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qanını döyüş meydanında almışıq. Ancaq Xocalı qətliamı, bunu törədənlər tarix boyu unudulmayacaq. Hər zaman bunun hesabını soracağıq.
"Xocalıya Ədalət" tələbi davam edəcək. Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Prezidentin Sərəncamı da bu yöndə çox mühüm addımdır”.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Bu kompleksdə soyqırım öz əksini tapacaq. Xocalıya gələn hər kəs bununla da tanış olacaq. Xocalı bizim qan yaddaşımızdır. Memorial Kompleks də bir tarix olaraq həqiqətləri "daş yaddaş"dan söyləmiş olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə