“Qaçqınlıq və Qadınlar” adlı beynəlxalq onlayn konfrans keçiriləcək

Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının təşkilatçılığı ilə 8 Mart -Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qaçqınlıq və Qadınlar” adlı beynəlxalq onlayn konfrans keçiriləcək. Bu barədə SİA-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, martın 1-də keçiriləcək konfransda İcmanın Qadınlar Şurasının fəalları, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) və digər qurumların nümayəndələrinin çıxışları gözlənilir.

Onlayn konfransda qaçqınlığın Qərbi azərbaycanlı qadınlara təsiri, eləcə də qayıdış və reinteqrasiya proseslərində qadınların rolu mövzusunda fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə