"Sülhə mane olan ilk növbədə Ermənistanın münasibətidir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan və Ermənistan arasında sülh sazişinə mane olan ilk növbədə Ermənistanın hazırkı münasibətidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
O bildirib ki, Ermənistan kommunikasiyalarda səmimi deyil: "Öhdəliklərini yerinə yetirmək istəmir. Qarşıda təzminat həqiqətləri ortaya çıxdı. Bu təzminatı ödəyəcək, ya ödəməyəcək? Yaxud da, hələ də revanşistlərin səs-küyünü kəsmək mümkün olmayıb. Bir az dərindən baxsaq, ciddi silahlanma dərdindədir, konstitusiya islahatı söhbəti ortada var, amma real addım yoxdur. Hələ müəyyən qədər ərazilərimiz işğal altındadır. Başqa formada Bakıda keçirilən məhkəmə prosesi nəticələr verəcək, o nəticələr Ermənistanı məsuliyyətli etməlidir. Çünki müharibə cinayətlərində iştirak edən digər şəxslər üzrə faktlar meydana çıxacaq. Bunlar Ermənistan üçün əlavə məsuliyyətlər doğurur.
Azərbaycan sülh müqaviləsinə mane olan şərtlər sırasında Ermənistanın Müstəqillik Bəyannaməsi və konstitusiyasının olduğunu bildirib. Ermənistan buna görə Konstitusiya Məhkəməsinin yekun konstision şərhini əldə etdi. Hətta Nikol Paşinyan açıqlama verdi ki, bu qərar Azərbaycanla münasibətlərdə ərazi iddiasını özündə əks etdirmir. Amma Ermənistan Müstəqillik Bəyannaməsini qəbul etdikdə qondarma rejimin ona birləşməsiylə bağlı yekun aktı da qəbul edib. Əsas problem bundan ibarətdir. Ona görə də Nikol Paşinyanın dedikləri həqiqətə uyğun deyil. Ermənistan sülhə uyğun addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir.
Birinci məqsəd odur ki, Ermənistan əslində sülhü imzalamağa məcburdur. Bu, dəyişməyən qaydadır. Məğlub olan ölkənin öhdəliyidir. İrəvan hökuməti dünyaya göstərməyə çalışır ki, həm məğlub olub, həm də sülh istəyən tərəf Ermənistandır. Hətta konstitusiyasını belə dəyişməyə hazırdır, ancaq Azərbaycan bunu istəmir. Yəni məsuliyyəti Azərbaycana yükləyir. Demək istəyir ki, Ermənistan ən ağır şərtlərlə belə konstitusiyasında dəyişiklik etməyə hazırdır. Lakin Azərbaycan özünün Müstəqillik Bəyannaməsində və müəyyən konstitusion sənədlərində düzəliş etməkdən guya boyun qaçırır və s. Məqsəd belə bir təəssürat yaratmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə