Ceyhun Bayramov Səudiyyə Ərəbistanı XİN rəhbəri ilə görüşüb - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında geniş tərkibli görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN paylaşım edib.

Görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da görüşdə əsas müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistanın konstitusiyasında təsbit olunmuş ərazi iddialarının davam etdirilməsi barədə ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə