Ağdaşda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM
Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq. SİA-nın məlumatına görə, bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə