Avropanın müdafiə sistemlərinin əksəriyyəti ABŞ istehsalıdır, aviasiya vasitələri isə acınacaqlı vəziyyətdədir. SİA xəbər verir ki, Belçikanın müdafiə naziri Teo Franken bu barədə “Financial Times” nəşrinə müsahibəsində deyib.
Avropanın müdafiə sistemlərinin əksəriyyətinin, o cümlədən yer-hava raketlərinin Amerika istehsalı olduğunu etiraf edən nazir ABŞ təyyarələrinin Avropa analoqlarının vəziyyətini “dəhşət” adlandırıb.
Onun sözlərinə görə, ağır nəqliyyat helikopterləri içərisində ən yaxşı variant ABŞ-ın “Chinok” helikopteridir, ümum-Avropa konsorsiumu tərəfindən hazırlanan analoji NH90 təyyarəsi isə “dəhşətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə