Çexiya Prezidenti Petr Pavel Praqada Azərbaycanın yeni təyin olunmuş səfiri Yaşar Əliyevin etimadnaməsini qəbul edib. Bu barədə SİA Çexiya Prezidentinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"Dominikan Respublikası, İordaniya və Azərbaycan Çexiyada yeni səfirlərini təyin edib. Bu gün onlar etimadnamələrini mənə təqdim etdilər. Xoş gəlmisiniz!", - prezident yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il dekabrın 20-də Yaşar Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması və Çexiyada səfir təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə