Rüşvətlə işləyən bələdiyyələr: hansı sərt tədbirlər görülməlidir? - MÜNASİBƏT BİLDİRİLDİ
“Bələdiyyələr öz işinə düzgün yanaşmadıqlarına görə cəmiyyətdə etimad qazanmış orqana çevrilə bilməmişdir. Belə ki, nə qədər bələdiyyələrdə xidmət etmək təfəkkürü formalaşmayacaq və seçildiyi vəzifəyə qazanc mənbəyi kimi baxmaqda davam edəcəklər ictimaiyyət arasında işlək bir qurum kimi özünü təsdiq edə bilməyəcəklər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Azər Badamov sözlərinə belə davam edib: “Son birləşmədən sonra bələdiyələrin sayı 1606-dan 685-ə qədər azaldı. İndi bələdiyyələrin vergi yığmaq imkanları genişlənir və struktur xərcləri azalır. Bu da bələdiyyələrin maliyyə əsaslarının yaxşılamasına xidmət edəcəkdir. Bunun üçün də yeni seçilmiş bələdiyyələr qanuna uyğun fəaliyyətə başlamalıdır.
Qanunda bələdiyyələrin hesabatlı qurum olduğu qeyd olunur. Hər bir bələdiyyə öz seçiciləri qarşısında heç olmasa rübdə bir dəfə gəlirləri və xərcləri barəsində hesabat verməlidir. Bu baxımdan düşünürəm ki, yenidən formalaşmış bələdiyyələr öz işlərini qanunlara uyğun təqdim edə biləcəklər.
Amma keçən ildə isə bələdiyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə görə qanun pozuntuları ilə bağlı hüquqi qiymətin verilməsi üçün müvafiq orqanlara göndərilən işlərin sayı 31-də 50-yə qədər artmışdır. Bu onu deməyimizə imkan verir ki, nəzarət mexanizm güclənməli və bələdiyyələrin qanuna zidd əməllərinin qarşısı vaxtında alınmalıdır. Belə ki, həm hesabatların verilməsi mexanizminin reallaşdırılması, həm də nəzarət meaxnizmlinin sərtləşdirilməsi bələdiyyələri qanunları pozmadan fəaliyyət göstərməsinə sövq edəcəkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə