Azərbaycanın Britaniyadakı səfirliyi Dublində səyyar konsulluq xidmətləri təşkil edəcək
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Briləşmiş Krallığındakı səfirliyi konsulluq xidmətlərini əlçatan etmək məqsədilə martın 1-də İrlandiyanın Dublin şəhərində səyyar konsulluq xidmətləri təşkil edəcək. SİA xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, səyyar konsulluq zamanı xidmət saat 14:30-18:30 aralığında mümkün olacaq.
Xidmətlərlə yanaşı, İrlandiyada yaşayan azərbaycanlılar üçün konsulluq-hüquq sahəsində qarşılaşdıqları çətinliklər barədə sorğu-sual imkanı da yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə