"Bələdiyyələrlə iş informasiya sistemi haqqında Əsasnamə" hazırlanıb - Toğrul Hüseynov
"Bələdiyyələrlə iş informasiya sistemi haqqında Əsasnamə" hazırlanıb. SİA xəbər verir ki bunu Milli Məclisin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsində deyib.
O bildirib ki, müvafiq hüquqi aktların icrası çərçivəsində "Bələdiyyələrlə iş informasiya sistemi haqqında Əsasnamə" və həmin əsasnamənin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihələri hazırlanaraq razılaşdırılması üçün müvafiq orqanlara təqdim edilib: “Layihə razılaşdırıldıqdan sonra hökumətə təqdim olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə