Ötən il aparılan monitorinqin nəticələrinə əsasən, Quba xüsusi peşə məktəbinin fəaliyyəti qeyri-qənaətbəxş hesab olunub. SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Hesabatında qeyd edilib.
Hesabatda vurğulanıb ki, 2024-cü il ərzində monitorinq qrupu tərəfindən ümumilikdə 15 uşaq müəssisəsində monitorinq səfəri təşkil olunub, nəticələri barədə məlumatlar Nazirlər Kabinetinə göndərilib.
Monitorinqlərin nəticəsində 14 uşaq müəssisəsinin fəaliyyəti qənaətbəxş, 1 müəssisənin (Quba xüsusi peşə məktəbi) fəaliyyəti isə qeyri-qənaətbəxş hesab edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə