Arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir - AZƏRBAYCAN PREZİDENTİ
Tərəfdaşlığımızın (Somali ilə - red.) mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə