Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Siyəzən şəhərində vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.
Qəbul zamanı Siyəzən, Şabran və Quba rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə