Azərbaycan səfiri İran XİN-də ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin konsulluq, xaricdə yaşayan iranlılar və parlament məsələri üzrə müavini Vahid Cəlalzadə ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində ikitərəfli əlaqələrdə mövcud olan məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə