Keçən il bələdiyyələrin fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı 51 ciddi qanun pozuntusu aşkar edilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan 2024-cü il üzrə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"də öz əksini tapıb.
Hesabata əsasən, pozuntularla bağlı toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Məlum olub ki, 2023-cü ildə bu pozuntuların sayı 30 olub.
Qanun pozuntuları yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunmaması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınmaması ilə bağlı olub.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə