USAİD-in “radikal fanatiklər” tərəfindən idarə edildiyini söyləyən ABŞ prezidenti Trampın m həmin təşkilatın mahiyyətini ortaya qoyması onun “maskasının” artıq cırıldığından xəbər verir. Xüsusən də USAID-in internet saytının ləğv edilməsi həmin təşkilatın “son nəfəsinin” kəsilməsi deməkdir. İstənilən halda, fəaliyyəti ancaq “ara qarışdırmaqdan” ibarət olan bir təşkilat üçün bu, məntiqi sonluqdur.
Fəaliyyəti ancaq qarışıqlıq yaratmaqdan ibarət olan bir təşkilatın “son taleyi” ədalətin təntənəsidir
Tamamilə açıq şəkildə İlon Mask tərəfindən USAID-in “cinayətkar təşkilat” adlandırılması və onu ləğv etmək çağırışı birmənalı olaraq yerinə düşdü və əslində, bu, çoxdan gözlənilən idi. “Biz USAID-i ləğv etmək prosesindəyik”, deyən Mask belə çıxır ki, həmin təşkilatının sonunun çatdığını bildirmiş olub. O, bunu əsaslandırıb da. Xüsusən də qeyd edib ki, USAİD-i bərpa etmək mümkün deyil. Deməli, həmin təşkilatın “bəlkə də qaytardılar” kimi bir ümidi belə ola bilməz. “Bu qurdu olan alma deyil, sadəcə, bir qurd dəstəsidir. Alma da artıq yoxdur və ona görə də hər şeyi atmaq lazımdır”, fikirləri də İlon Maska məxsusdur və bu, artıq həmin təşkilatın “atılması”, yəni, sonu deməkdir.
Diqqətə çatdıraq ki, USAİD-in Vaşinqtonda yerləşən baş qərargahının bağlanılması barədə xəbərlər də dünya mediasında yer alır. Nəzərdən qaçırmaq lazım deyil ki, USAİD-in baş qərargahının məhz Amerika administrasiyasının qərarı ilə bağlanıldığı da həmin xəbərlərdə qeyd olunur. Həmçinin qeyd olunur ki, məxfi məlumatları ehtiva edən bütün kompüter sistemlərinə nəzarət də artıq ələ keçirilib. Bir sözlə, həmin təşkilatın fəaliyyətinə artıq son qoyulacağı qəti şəkildə qərarlaşdırılıb. Deməli, bu, artıq həmin təşkilatın sonunun çatdığına zərrə qədər də şübhə yeri qoymur. Əksinə, əmin olmaqda hər kəs haqlıdır. Əslində, ABŞ prezidentinin dediyi kimi, “radikal fanatiklər” tərəfindən idarə edilən belə bir təşkilat üçün bu, məntiqi sonluqdur və fəaliyyəti ancaq qarışıqlıq yaratmaqdan ibarət olan bir təşkilatın “son taleyi” ədalətin təntənəsidir.
Radikal fanatiklərin də, USAİD-in də sonu çatıb və hər halda, belə bir məntiqi sonluq səbəbsiz deyil
USAID barədə kifayət qədər məlumatlar var, çünki onun fəaliyyəti artıq illərdir ki, çoxlarına bəllidir. Həmin təşkilatın mahiyyət etibarı ilə məhz Amerika xarici kəşfiyyatının bölmələrindən biri olduğu qənaəti də yanlışlıq deyil. Məsələ burasındadır ki, USAİD-in adı gələndə ancaq ölkələrin daxili işlərinə “burun soxan” bir təşkilat insanların fikrində canlanmış olur. Çünki həmin təşkilatın hansı müdaxilələrlə bir çox ölkələrin işlərinə qarışdığı çoxdan bəllidir. Bəlli olan odur ki, USAİD ancaq dövlət çevrilişləri və məxməri inqilablar həyata keçirmək planlarını reallaşdırmaq niyyətindədir və bir çox ölkələrdə buna nail olub da. Sözsüz ki, həmin təşkilat bunun üçün yetərincə vəsaitlərindən belə keçir və buna görə xərclənən külli miqdarda pulları heç hesaba belə almır. Deməli, məqsəd bəllidir və bəlli olan həmin məqsəd naminə çox böyük dırnaqarası “səxavət” də göstərir.
Təkcə son dövrdə, daha dəqiq desək, son ikicə ildə USAİD tərəfindən xərclənən vəsaitlərə nəzər saldıqda, onun fəaliyyətinin mahiyyəti bəlli olur. Bəlli olur ki, həmin təşkilat özünün məkrli niyyətləri naminə çox iri həcmdə resurslarından da asanlıq imtina etməyə hər zaman hazırdır. Məsələn, son iki ildə USAİD məhz 9,5 milyard dolları ancaq müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” yaratmaq üçün ayırıb. Ən radikal liberal dəyərləri fəal şəkildə təbliğ edən bir təşkilat olması fonunda həmin vəsaitlərin nəyə görə ayrıldığı aydın olur. Təsadüfi də deyil ki, Tramp onun liderlərini radikal fanatik adlandırıb. İndi həmin radikal fanatiklərin də, onların təşkilatının da sonu çatıb və hər halda, belə bir məntiqi sonluq səbəbsiz deyil. Yəqin ki, müxtəlif ölkələrdə qarışıqlıq yaratmaq, məxməri inqlablar törətmək, dövlət çevrilişləri üçün külli miqdarda vəsaitlərin xərclənməsindən Amerikanın özü belə sonda tamamilə bezib və vəsaitləri radikal məqsədlər naminə “küləyə sovuran” bir təşkilatın sonuna məntiqi şəkildə qərar verilib.
USAİD rəhbərinin ölkəmizə qarşı qərəzli münasibəti həmin təşkilatının ədalətsiz və ikili yanaşmasının, düşmən mövqeyinin təzahürü idi
Azərbaycana qarşı USAİD deyilən həmin o sonu çatmış təşkilatın düşmən mövqe sərgilədiyini vətəndaşlarımız çox yaxşı bilirlər. Yaxşı bilirlər ki, həmin təşkilatın sonuncu direktoru Samanta Pauerin ölkəmizə qarşı hərəkətləri düşmənçilikdən başqa bir şey deyildi. Qarabağ xuntasının keçmiş qondarma “dövlət naziri” olan Ruben Vardanyanla USAİD rəhbərinin yaxın təmasları da məlumdur və bu təmasların təfərruatları artıq Azərbaycan üçün qətiyyən “sirli” deyil. Bu təmaslar “qaranlıq məqamlar” olsa da, Ruben Vardanyanın məhz Azərbaycanın istintaq orqanlarına ifadəsi zamanı Pauerin adını çəkməsi ilə bir çox məqamlar daha da aydın olub və tam çılpaqlığı ilə üzə çıxıb.
Xanım Pauerin, rəhbərlik etdiyi təşkilatın düşmən mövqeyi ilə bağlı bir çox “məqamlar” Vardanyanın ifadəsindən öncə də bəlli idi. Məsələn, onun ölkəmizə və eləcə də Ermənistana səfəri zamanı “özünəməxsus tərzi” bir çox məsələlərə aydınlıq gətirilməsi üçün kifayət edirdi. Beləki, onun Qarabağ ermənilərinin nümayəndələri ilə və Bakıda olarkən azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşü tamamilə “fərqli” idi. Daha dəqiq desək, Qarabağ ermənilərinə “can yandırdığını” nümayişkəranə göstərən Pauer azərbaycanlı qaçqın və məcburi köçkünlərin dərd-sərinə, problemlərinə heç məhəl də qoymaması tamamilə fərqli və ikili yanaşma olaraq, yaddaşlarda həkk olunub. Eyni zamanda, Laçında ekoloji fəalların aksiyasına onun münasibəti də cəmiyyətimizin yaddaşından silinən deyil. Məsələ burasındadır ki, Pauerin ölkəmizə qarşı belə bir qərəzli və düşmən münasibəti heç də təsadüfi deyildi və təşkilatının mövqeyinin, ədalətsiz və ikili yanaşmasının, düşmən mövqeyinin təzahürü idi.
Nüfuzunu və imicini ayaqlar altına atan bir təşkilat “öz quyusunu özü qazmış olur”, necə ki, qazdı və həmin quyuda da indi basdırılır
İstər Samanta Pauer, istərsə də onun rəhbəri olduğu USAİD əslində, öz-özünü məhv etdi. İkili yanaşma, ədalətsiz mövqe sərgiləyən, bir çox dövlətlərin daxili işlərinə müdaxilə edən, burum soxan, qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrə əl atan, ən çirkin üsullardan əl çəkməyən bir təşkilatı da, onun haqqı, ədaləti tapdalamaqdan çəkinməyən rəhbərini də sonda belə bir aqibət gözləməli idi. Bir sözlə, bu, tamamilə məntiqi sonluq sayılır. Əvvəla ona görə ki, məhz USAİD-in timsalında hərhansı bir təşkilat haqsızlıq, ədalətsizlik, ikili yanaşma və bir sözlə ikiüzlülük ortaya qoyursa, öz fəaliyyətində simasızlıq nümayiş etdirirsə, həmin təşkilat ilk növbədə öz imicini, öz nüfuzunu ayaqlar altına atmış olur. Nüfuzunu və imicini ayaqlar altına atmaqla da məhz “öz quyusunu özü qazmış olur”, necə ki, qazdı və həmin quyuda da indi basdırılır.
Özünü guya hansısa “dəyərlərin qoruyucusu” kimi göstərməyə çalışan və maliyyə yardımları ilə buna nail olacağını zənn edən bir qurum heç də nüfuzlu ola bilməz. Çünki ədalətsizlik, haqsızlıq, ikili yanaşma və ikiüzlülük nümayiş etdirən bir təşkilat dərhal “gözdən düşmüş” olur. Məhz ədalətsizlik, haqsızlıq, beynəlxalq normalara belə məhəl qoyulmaması həmin təşkilat barədə ümumiyyətlə, ciddi bir qurum olmadığı qənaətinə əsas verir. Digər tərəfdən də, axı qeyd olunan şəkildə, məhz azərbaycana münasibətdə ədalətsizlik edən, haqsızlıq etməkdən çəkinmədən fəaliyyət göstərən bir təşkilat üçün sonda “bumeranq effekti” kimi qarşılaşacağı gözlənilən idi və bunu başa düşmək gərəkirdi. Başa düşmək gərəkirdi ki, belə bir fəaliyyətin bir sonu olmalıdır, hansıki bu, elə məntiqi sonluqdur...
Bütün xəbərlər Facebook səhifəmizdə