"Türkiyənin kədəri Azərbaycanın kədəridir" - SABİQ SƏFİR DANIŞDI

“Əsrin zəlzələsinin ikinci ildönümündə ayaqlarını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa, can sağlığı və uzun ömür arzu edirəm. Ulu Öndər Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” deyib. Türkiyənin ağrısı da Azərbaycanın ağrısı olmuşdur. Türkiyədəki zəlzələnin ilk saatlarından etibarən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin tapşırığı nəticəsində ilk yardımlar zəlzələ yerinə göndərildi. Zəlzələdən dərhal sonra Azərbaycan xalqı səfərbər olmuş, möhtac Türkiyəyə yardım kampaniyası başladılmışdır. Həmçinin Heydər Əliyev Fondunun Prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyeva da yarıma ehtiyacı olanlara tibbi ləvazimatlar, özəl sığınacaqlar göndərmişdir. Türk xalqı Azərbaycan xalqına minnətdardır”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, “Ağrınız ağrımızdır, sevinciniz sevincimizdir” mövzusu ilə çətin günlər artıq geridə qalıb: “Xüsusilə Azərbaycanımız zəlzələnin mərkəzi Kahramanmaraşda 1100 evdən ibarət olan şəhərcik salmaq qərarını alıb. Demək olar ki, bu şəhərciyin salınması bitmək üzrədir. Türkiyə xalqı hörmətli Ali Baş Komandana və birinci vitse-prezidentə minnətdardır. Zəlzələdən dərhal sonra gələn komanda insanları dağıntılar altından xilas etmişdir. Burada komandanın işi olduqca yüksək səviyyədə təqdirəlayiq görülmüşdür. Eyni zamanda bu səbəblə Azərbaycan fövqəladə hallar naziri Kəmalədin Heydərova da təşəkkür etmək istəyirəm. İlk gələn və son gedən də can Azərbaycan olub. Bununla yanaşı bu fəlakətlər bizi bir-birimizə daha da yaxınlaşdırıb.

44 gün davam edən Qarabağ müharibəsində olduğu kimi, zəlzələ hadisəsində də iki xalq bir-birinə daha da möhkəm bağlanmış və bir-birini daha çox tanımışdır. Allah bu cür fəlakətlərdən can Azərbaycanımızı, Türkiyəmizi və bütünlükdə türk millətini qorusun, belə fəlakətləri birdə bizlərə göstərməsin. Türkiyədə meydana gələn bütün təbii fəlakətlərdə olduğu kimi, əsrin fəlakətində də ilk gələn və son gedən can Azərbaycan oldu. Həmçinin digər türk dövlətləri də zəlzələ zamanı Türkiyəyə çox böyük yardımlar göstərmişdir. Qardaş dövlətlərin başçılarına və xalqına təşəkkür edirəm”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə