"USAİD Amerikanın mənafeyinə və hüququna xeyli dərəcədə zərər vurub" - ŞƏRH EDİLDİ

“USAİD-in indiyə qədər dövlət maraqları altında həyata keçirdiyi layihələri Amerikaya fayda verib-vermədiyi bir yana, bu ölkənin dünyanın müxtəlif guşələrində mənafeyinə və hüququna xeyli dərəcədə zərər vurub. USAİD-in Azərbaycanda həyata keçirdiyi layihələr məhdud sayda müəyyən qrup insanlara fayda vermiş olsa da, nəticə etibarilə Amerikanın dövlət reytinqini və nüfuzunu xeyli dərəcədə zədələyib. Çox yaxşı olardı ki, USAİD-in bağlanması barədə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan qalxan səslərlə yanaşı, Amerikada hakimiyyətin özüdə bu təşkilatın müəyyən müddətlik qapadılması qərarını verdi. Faktiki vəziyyət belə görünür ki, USAİD-in ziyanlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan kimi donor ölkələrlə bərabər Amerika hakimiyyətinin özünündə münasibəti tam şəkildə üst-üstə düşdü”. Bu sözləri siyasi şərhçi Aydın Quliyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, USAİD-in fəliyyətinin müvəqqəti olaraq dayandırılması, Samanta Pouer kimi adamların təşkilatın rəhbərliyindən uzaqlaşdırılması Amerikanın dövlət mənafeyinin çərçivələrində atılmış addım olaraq diqqəti cəlb edir: “Eyni zamanda Amerikanın müxtəlif ölkələrlə münasibətində bu təşkilatın oynadığı ziyanlı rolu müəyyən qədər sığortalamaq və dayandırmaq gedişi kimi qəbul oluna bilər.

USAİD-in fəaliyyəti bərpa olunduqdan sonra onun yeni dövrdə fəaliyyətinin necə olacağı düşündürücüdür. Azərbaycan heç vaxt beynəlxalq və donor təşkilatlarla əməkdaşlıqdan qaçmayıb, amma donor təşkilatları təmsil etdikləri ölkənin mənafeləri ilə barəbər, gəldikləri ölkənin milli-mənəvi dəyərlərinə, eyni zamanda inkişaf modellərinə hörmətlə yanaşmağı öyrənməlidirlər”.

Aydın Quliyev həmçinin bildirib ki, təşkilatın fəaliyyəti növbəti mərhələdə bərpa olunacaqsa, həmçinin Azərbaycanda da fəaliyyətini bərpa etmək istəsələr xeyli dərəcədə Amerikanın apardığı siyasətdən və USAİD-in keçmiş neqativ fəaliyyətdən nə qədər nəticə çıxarıb-çıxarmayacağından asılı olacaq: “Amma USAİD-in gördüyü işlərin neqativ fəaliyyət kimi qiymətləndirilməsi doğrudur və bu təşkilatın təkmilləşməsinə, Amerika dövlətini müxtəlif dünya ölkələrindəki zədələməkdən, həmçinin zədələnmək təhlükəsindən qorunmağa xidmət edir. Bununla yanaşı USAİD-in fəaliyyət göstərəcəyi ölkələrin mənafeyinə sayğılı yanaşmağın təşviq edilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə