Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə siyasi məsələləri müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik”, – o qeyd edib.
Xatırladaq ki, ötən gün Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə