Milli Məclisdə könüllü qanvermə aksiyası təşkil edilib - FOTO

Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irsi qan xəstələrinə və təcili əməliyyata ehtiyacı olan insanlara kömək etmək üçün könüllü qanvermə aksiyalarının keçirilməsi barədə etdiyi çağırışa dəstək vermək məqsədilə yanvarın 31-də Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Milli Məclisin rəhbərliyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək lazımi müayinədən keçdikdən sonra növbə ilə qan veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə