Azərbaycan Gənclər Fondu fəaliyyət planı hazırlayıb

Azərbaycan Gənclər Fondu “Konstitusiya və Suverenlik İli” ilə bağlı fəaliyyət planı hazırlayıb. SİA xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Milli Məclisin Gənclər və idman komitəsində keçirilən qurumun 2024-cü ildə fəaliyyəti haqqında təqdimata həsr olunmuş iclasda deyib.

Onun sözlərinə görə, plan çərçivəsində qanunverici orqan kimi Milli Məclislə də bir sıra fəaliyyətlər nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə