Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib. SİA xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq imkanları, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Regional vəziyyət ilə bağlı mövzular da diqqət mərkəzində olub. Azərbaycan diplomatı ölkəmizin ərazi bütövlüyünün bərpası fonunda bir sıra Qərb ölkələrində Azərbaycana qarşı qərəzli kampaniya, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair ölkəmizin mövqeyi haqqında məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə